Azərbaycanda uşaq yaşda ölüm sayı yüksəkdir

“2010-2018-ci illərdə regionun şəhər əhalisinin orta illik artımı zəifləyərək 8 min nəfərdən 5 min nəfərə düşmüş, 2015 illə müqayisədə 2017-cı ildən təbii artımın (hər 1000 n. görə 10,2-7) və doğumun (16,5-13,6) nisbi əmsal göstəriciləri sürətlə aşağı enib. Qeyd olunub ki, burada ən aşağı göstəricilər Göyçay, Zərdab, Bərdə və Neftçala şəhər məntəqələrinin payına düşür. Rəsmi qeydiyyata alınmamış nikahdan doğulanların sayı 20%-dən yüksək olub”.
Sputnik.az-ın xəbərinə görə, fəlsəfə doktoru Etibar Bədəlov “Aran iqtisadi-coğrafi rayonunda urbanizasiya prosesi və demoqrafik inkişaf problemləri” mövzusunda çıxışında belə deyib.
Professor ölüm əmsalı və boşanmaların dinamikası haqda da məlumat verib: “Ölüm əmsalı göstəricisi artımla (6,3-6,6) müşayiət olunur və ölkə səviyyəsi ilə müqayisədə daha yüksəkdir. Bu baxımdan Göyçay, Zərdab, Kürdəmir və Bərdə rayonlarının şəhər əhalisi mənfi mənada fərqlənir. Nikahlarda azalma (7,5-6,5), boşanmalarda isə sürətli artım (1,5-1,8) müşahidə olunur”.
E.Bədəlov körpə ölümünə görə şəhərlə kənd əhalisi arasında böyük fərqlər olduğunu bildirib ki. O qeyd edib ki, ölkəmizdə uşaq yaşda (0-14) ölüm sayının 10 %-dən yüksək olması qonşu ölkələr arasında ən böyük göstəricidir.
Tədqiqatçının fikrinə görə demoqrafik proseslərdə baş verən mənfi proseslərin qarşısının alınması üçün dövlət səviyyəsində tədbirlər görülməlidir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 10 gün iş olmayacaq
“Deputatların “topdaşıyan”ı indi nazir olub” - Qüdrət Həsənquliyev
Hafiz Paşayev istefası ilə bağlı danışdı
Bakı səmasında yenidən helikopterlər
Allahşükür Paşazadə Gəncəyə getdi