Azərbaycanda uşaq telekanalı yaradılması zəruridirmi - professorun şərhi
Minval.info // “Gələcəkdə Azərbaycanda ümumrespublika yayımlı uşaq telekanalının yaradılması məsələsinə baxıla bilər”.
Bunu Trend-ə müsahibəsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
Televiziya eksperti, professor Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyir ki, son dövrlərdə ixtisaslaşmış televiziya kanalları praktikası özünü doğruldur: “Mənim düşüncəmə görə, bizdə bu gün təhsil və maarif kanalına ən çox ehtiyyac duyulur. Belə bir kanal dünyanın bir çox ölkələrində var. Uşaq kanalının yaradılması da düşünürəm ki, yaxşı olardı. Amma onun verilişlərini elmi, pedoqoji baxımdan doğru-dürüst səviyyəyə qaldıra bilməyəcəyiksə, sadəcə plansız cizgi filmləri, oyunlar veriləcəksə, belə bir kanalın yaradılmasının mənası yoxdur”.
Qeyd edək ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinn (Ombudsman) 2018-ci il üzrə illik məruzəsində qeyd olunub ki, televiziyada uşaqların psixikasına zərər gətirə biləcək məlumatların qanunla müəyyən olunan vaxtlarda verilməsi və ya xüsusi qeydlərlə göstərilməsi ilə bağlı müvafiq qurumlara müraciət edilib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər