Azərbaycanda turistləri məyus edən məqamlar: Qiymətlər və xidmətlər niyə anlaşılmır?
Azərbaycana səfər edən xarici turistlər arasında ən çox narazılıq doğuran məsələlər arasında qiymətlərin yüksək olması, bəzi xidmətlərin keyfiyyətinin aşağı səviyyədə olması, ictimai nəqliyyatın vəziyyəti və xarici dillərdə kifayət qədər məlumatın olmaması yer alır.
Minval.info xəbər verir ki, turizm üzrə ekspert Rəhman Quliyev bu problemlərin mövcud olduğunu təsdiqləyir. Onun fikrincə, xidmət sahəsində peşəkarlığın bəzən aşağı olması turistlərin narazılığına səbəb olur.
Rəhman Quliyev hesab edir ki, bu problemlərin əsas səbəbi turizm sektorunda xidmət standartlarının hər yerdə eyni səviyyədə tətbiq edilməməsidir. Ekspertin fikrincə, xidmət keyfiyyətinin artırılması, turizm sahəsində çalışanlar üçün mütəmadi təlimlərin keçirilməsi və xarici dillərdə məlumat lövhələrinin artırılması bu problemlərin həllinə kömək edə bilər. Bundan əlavə, göstərilən xidmətlə qiymət arasında uyğunluq təmin edilməlidir.
Ekspert əlavə edir ki, bu kimi problemlər Azərbaycanın turizm imicinə mənfi təsir göstərə bilər. Turistlərin ölkədən daha məmnun ayrılması üçün xidmət, nəqliyyat və informasiya sahələrində ciddi təkmilləşdirmələr aparılmalıdır. Bu istiqamətdə atılacaq addımlar Azərbaycanın turizm baxımından daha cəlbedici ölkəyə çevrilməsinə töhfə verə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakının tarixi binalarında icazəsiz dəyişikliklər aşkarlanıb
Payız Azərbaycana sentyabrın 23-də gəlir
Pay torpaqları məcburi alınmayacaq - Rəsmi açıqlama
AZAL Braziliya təyyarələri ilə donanmasını genişləndirir
Azərbaycanın sağlamlıq turizmi Qazaxıstanda tanıdıldı
Ülkər Nuridən atasına duyğusal ad günü mesajı
Taksi sürücülərinin profilləri niyə bloklanır?