Azərbaycanda Stalinin heykəlinin hələ də qaldığı yer (FOTOLAR)
Bura Azərbaycandır. Qax rayonunun Əlibəyli kəndi… Şəkildəki heykəl isə keçmiş SSRİ-nin qurucularından biri, sovet imperiyasının ən uzunmüddətli rəhbəri İosif Satalinə məxsusdur. SSRi-nin dağılmasından uzun müddət keçməsinə baxmayaraq, Əlibəyli kəndində vaxtilə “Xalqlar atası” adlandırılan İosif Stalinin heykəli hələ də qalmaqdadır.
Minval.info-nun modern.az-a istinadən məlumatına görə, Stalinin heykəlinin yeni fotoşəkillərini sabiq deputat Etibar Hüseynov sosial şəbəkədə paylaşıb.
“Bura Azərbaycandır. Qax rayonunun Əlibəyli kəndi… Gürcüstanla heç bir sərhədi olmayan, lakin gürcülərin kompakt yaşadığı Əlibəyli kəndindəki məktəbin qarşısında Stalinin abidəsi bu gün də qalmaqdadır. Dövrlər, rəhbərlər dəyişsə də, gürcülər ötən əsrin 40-cı illərində ucaldılmış bu heykəlin dağıdılmasına imkan verməyiblər. Qoruyub, saxlayıblar, gələcək nəsillərə çatdırıblar. Mən məktəbin qarşısında dərsdən gələn uşaqlardan “bu heykəl kmindir?”- deyə soruşdum. Demək olar ki, hamısı əvvəlcə çiynini çəkdi və çox sadə cavab verdilər: “O, bir gürcüdür””,-deyə E.Hüseynov palaşımı şərh edib.
Stalinin Qax rayonunun Əlibəyli kənd ndəki bu heykəli XX əsrin 40-ci illərində qoyulub və bu günədək qorunub saxlanılıb.
Uzun illər (1924—1953) SSRİ-nin rəhbərlərindən biri olmuş İosif Stalin 1953-cü ilin martın 5-də Moskva şəhərində ölüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!
