Azərbaycanda siqaretə görə yeni cərimələr...
Siqareti yerə atanlar 50 manat cərimələnəcəklər
Minval.info məlumat verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 212.3, 212.4 və 212.5-ci maddələr əlavə edilir.
Yeni – 212.3-cü maddəyə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatı olmaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimə müəyyənləşdirilib.
212.4-cü maddəyə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə kəsiləcək.
212.5-ci maddəyə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə ( tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə – vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.
Sənəd artıq Milli Məclisə (MM) daxil olub və bu gün Əmək və sosial siyasət komitəsində müzakirəyə çıxarılacaq.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nazirlikdən pensiyalarla bağlı mühüm açıqlama
Rubl kəskin ucuzlaşdı
“Azərsu” şirkətə 110 000 manat borc yazıb - MƏHKƏMƏ
Noyabrın 21-nə manatın məzənnəsi
Mərkəzi Bankdan sahibkarlara şad xəbər
Bu il Azərbaycanda dollar neçə manat olacaq?
