Azərbaycanda şagird və tələbələr üçün ictimai nəqliyyatda yenilik edilə bilər: Xüsusi vaqonlar ayrılacaq?

“Tədrisin ənənəvi qaydada təşkili zamanı koronavirusdan vəfat edən müəllimlərin sayı tədrisin onlayn-distant qaydada həyata keçirildiyi və ya ümumiyyətlə tədrisin tətil elan olunduğu vaxtdan daha azdır”.
“Minval.info” “Sfera.az”a istinadən xəbər verir ki, , bunu təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, hazırda ölkədə 1.5 milyon şagird var və onlar gün ərzində heç bir yoxlamaya cəlb edilmədən küçədə gəzir, ictimai nəqliyyatdan istifadə edir, marketə gedir, restoran və əyləncə mərkəzlərində olurlar:
“Amma məktəb açılanda onların hər səhər temperaturu yoxlanılır, hansısa əlamət müşahidə olunan şagird təcrid olunur. Eynilə orta məktəblərdə 150 min müəllim çalışır, onların da gün ərzində hər hansı bir yoxlanılması həyata keçirilmir. Tədris prosesi ənənəvi qaydada təşkil edilsə, onlar hər gün yoxlanılacaq. Əlaməti müşahidə olunan şəxslər təcrid olunacaq”.
Ekspert həmçinin qeyd edib ki, tədris ənənəvi qaydada bərpa olunanda mütləq şəkildə günün müəyyən saatlarında avtobus və metroda müəyyən vaqonlar şagird və tələbələr üçün ayrılmalıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tale Heydərov istefasından danışdı - Açıqlama
Sabah Bakıda 25 dərəcə isti olacaq
İlham Əliyev büdcədən 8 milyon ayırdı
Nərimanov rayonunda 1 küçədə hərəkət məhdudlaşdırılacaq
Bakının bu ərazilərində su kəsildi
Sabah hava küləkli olacaq - HAVA PROQNOZU