Azərbaycanda sənaye məqsədli meşələr salınacaq
Azərbaycanda sənaye məqsədli meşələr salınacaq.
ONA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov deyib.
Onun sözlərinə görə, ölkəmizdəki meşə fondu ərazilərinin hamısı tam olaraq meşə ilə örtülü deyil: “Məsələn, Aran bölgəsində meşə fondu əraziləri olsa da, orada meşə yoxdur. Suvarma imkanları olan ərazilərdə sənaye məqsədli meşələr salmaq istəyirik. Elə ağac növləri var ki, onlar sürətlə inkişaf edir və həmin ağaclardan sənaye məqsədləri üçün istifadə etmək olar”.
V.Kərimov deyib ki, meşədən çıxan ağacların 10 faizi yanacaq məqsədi üçün istifadə olunursa, 90 faizi digər məqsədlər üçün istifadə edilir. Əlavə edib ki, sahibkarlar sənaye məqsədli meşə əraziləri sala və oradakı ağacların hesabına özlərinin materiallara olan tələbatını ödəyə bilərlər: “Sənaye məqsədli meşələrin salınması meşələrə olan müdaxilələrin azaldılmasına, ona gəlir mənbəyi kimi baxılmamasına səbəb olacaq”.
Nazirlik rəsmisi sənaye məqsədli meşələrin 2019-cu ildə salınmasının planlaşdırıldığını söyləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO