Azərbaycanda Qurban bayramının vaxtı məlum oldu - RƏSMİ
“Bu il Azərbaycanda Qurban Bayramı namazı iyulun 21-də qılınacaq”.
Bu sözləri BAKU.WS-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli bildirib.
QMİ rəsmisi əlavə edib ki, bayram günü qılınacaq namazın formatı ilə bağlı indidən dəqiq söz demək mümkün deyil: “Bayram namazında daha çox insanın iştirakı epidemioloji vəziyyətdən asılı olacaq. Bu barədə hələlik rəsmi qərar verilməyib.
Hazırda məscidlərdə müəyyən şərtlərlə camaat namazları qılınır və məscidlər təşkil olunur. Bayram namazına qədər vaksinasiya olunan insanların sayı artarsa, yoluxma dinamikası aşağı olarsa, bayram namazında daha çox insanın iştirakı mümkün ola bilər”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə bu il Azərbaycanda Qurban bayramı iyulun 20-21-nə təsadüf edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!