Azərbaycanda qızların yeni trendi — “Otduşi” ley-pey, bomba kayfda” - VİDEO

Azərbaycanda “Kazbekə şey basım, zırlanım” video qalmaqalından sonra qızlar arasında yeni trend yaranıb.
“Ölkə.Az”ın xəbərinə görə, budəfəki trend də narkotik maddələri təbliğ edən musiqi üzərində qurulub.
Belə ki, əsasən, qızlar İlkin Çərkəzoğlunun ifa etdiyi “Bomba kayfda” musiqisinə qısa videoçarxlar çəkir, həmin görüntüləri sosial şəbəkələrdə, xüsusən də “Instagram”da yayımlayır.
Onların videoları sosial şəbəkələrdə ciddi mənfi reaksiyaya səbəb olub. İstifadəçilər narkotik maddələrin təbliğini pisləyib, bu işdə qızların alət olmasına xüsusi diqqət çəkiblər.
Qeyd edək ki, bir müddət əvvəl analoji hadisə yaşanmışdı. Belə ki, qızlar arasında məşhurlaşan “Kazbekə şey basım, zırlanım” musiqisinə çəkilmiş videolar cəmiyyətdə ciddi narazılıqla qarşılanmışdı. İşə hətta deputatlar, ictimai-siyasi xadimlər də qarışmışdı. Böyük ictimai qınaqdan sonra musiqisində narkotiki təbliğ edən Vüqar Səda həbs edilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır