Azərbaycanda qeyri-adi heyvan tapıldı - FOTOLAR
Qax rayonunda qeyri-adi görünüşə malik olan heyvan tapılıb.
Bu barədə “Report”un Şimal-qərb bürosuna heyvanı öz evində tapan rayon sakini Sərxan Osmanov məlumat verib.
O, təmirlə məşğul olarkən evin çardaq hissəsində belə bir qeyri-adi canlı ilə rastlaşdığını bildirib. Rayon sakini söyləyib ki, heyvan baş hissədən siçana bənzəyir, quyruq tərəfdən isə dələkimilər fəsiləsinə aiddir.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
“Bu heyvanı evin tavanından tutmuşam. Belə bir heyvanı ilk dəfə görürəm. Qeyri-adi görünüşə malik olan heyvanın uzunluğu təqribən 25 santimetr, quyruğunun uzunluğu isə 10 santimetrdən çoxdur. Adi siçanlarda quyruq hissə tüksüz və nazik olur. Ancaq bu heyvanda quyruq tüklü və qalındır” – deyə Sərxan Osmanov bildirib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar

