Azərbaycanda qaz xəttinə daha bir qanunsuz müdaxilə aşkar edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi qaz xəttinə daha bir qanunsuz müdaxilə aşkar edib.
Bu barədə “Minval.info” “Azəriqaz”a istinadən xəbər verir.
Məlumata görə, faktı İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin Ağstafa Xidmət sahəsinin əməkdaşları üzə çıxarıb. Belə ki, rayonun Köçəsgər kənd sakini Tahir Mehtiyev ona məxsus həyətyanı sahənin qarşısından keçən qaz xəttinə 2 rezin boru ilə qeyri-qanuni birləşmə edib. Görüntülərdən göründüyü kimi vətəndaş qarşısına çıxa biləcək real təhlükədən çəkinmir, bunun nəticələrinin ağır olacağının fərqində deyil və kustar üsulla qaz xəttinə qanunsuz birləşmə edir.
Sözügedən məsələ ilə bağlı dərhal tədbirlər görülməklə, qanunsuz qoşulma ləğv edilib. “Azəriqaz” ir daha xəbərdarlıq edir ki, vətəndaşlar bu cür hərəkətlərdən çəkinməlidirlər. Belə vəziyyətlərdə cüzi qaz sızması ciddi təhlükə yarada bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Elmar Vəliyevin qardaşının şirkəti 270 min dollarlıq iddia qaldırdı
Korrupsiya cinayətlərində 49 milyon 153 min manat ziyan ödənib
Azərbaycanda borclu qismində axtarışda olan 36 nəfər saxlanılıb
Şəhərin ən böyük küçəsində söküntü işlərinə başlanılıb – REPORTAJ
Növbəti 3 günün havası açıqlandı
Bakıda iki əsas magistral yolda sürət həddi azaldıldı