Azərbaycanda qadınları vahimə içində saxlayan manyak ələ keçdi
İsmayıllı rayonunda naməlum şəxs və ya şəxslərin həyətlərə girərək, qadınların alt paltarını oğurlaması faktına görə iki nəfər saxlanılıb.
Məsələ barədə sakinlər tərəfindən hüquq-mühafizə orqanlarına iki müraciət daxil olub.
Birinci fakt üzrə saxlanılan Ceyhun Nəcəfov adlı şəxsin ruhi xəstə olduğu müəyyənləşib.
Digər müraciət isə həyətlərə kiminsə girməsi barədə rayonun Hacıhətəmli kənd sakini Zaur Şirəliyev tərəfindən olub.
Araşdırma nəticəsində kənd sakininin sərxoş olduğu ortaya çıxıb. Onun həyətə kiminsə girməsi barədə verdiyi məlumatın yanlış olduğu müəyyənləşib. Yəni, polisə bilərəkdən səhv məlumat verilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı rayon sakinlərinin narahatlıq keçirməsi üçün heç bir səbəb yoxdur. Son günlər məsələ barədə hüquq-mühafizə orqanlarına müraciət daxil olmayıb. (Oxu)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Girnə sahillərində batan gəmidə 16 nəfər itkin
Uzun oturmaq xərçəng riskini artırır
Nepalda 9 gün tuneldə qalan işçilər xilas edildi
Şəmkirdə dərmandan zəhərlənən qadın öldü
Xırdalanda güclü yanğın: FHN dərhal müdaxilə etdi
Normadan artıq yüklənmə: Yollar və həyat üçün təhlükə!
Goranboyda partlayış sonrası təhlükəsizlik bərpa edildi
