Azərbaycanda qadın din xadimlərinə maaş veriləcək
Azərbaycanda din xadimi olan qadınlar bu ildən maddi dəstək alacaqlar.
Bu barədə Azvision.az -a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə hazırlıq işləri aparılır.
“Burada qadınların din xadimi təyin olunmasından söhbət getmir, çünki İslam dininə imam qadın təyinatı mümkün olan şey deyil. Amma İslam dünyasında ilk dəfə Azərbaycanda bir nümunə tətbiq edilib. Şeyxülislam Allahşükür Paşazadənin müavinlərindən biri qadındır. Bizdən sonra Türkiyə Dəyanət İşləri Başkanlığında da müavinlərdən biri qadın oldu. Məscidlərdə fəaliyyət göstərən dini icma sədri olan xanımlarımız da var. Həmin xanımların arasında bu ildən etibarən maddi dəstək alacaq şəxslər olacaq. Bu istiqamətdə işlər gedir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!