Azərbaycanda anasını fahişəliyə cəlb edən həbs olundu
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində insan alverində təqsirləndirilən Sevinc İxayeva həbs edilib.
Minval.info Oxu.Az-a istinadən xəbər verir ki, Sevincin həbs edilməsi üçün şikayəti idarəyə yaşlı anası edib.
O bildirib ki, qızı tərəfindən İranda fahişəliyə cəlb edilib.
Məlum olub ki, Sevinc hədə-qorxu gəlməklə anasını bu yola çəkib. Onun başqa insan alveri törətməsi cinayətləri də üzə çıxıb.
İstintaq orqanı tərəfindən Sevinc İxayevanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törətmək), 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək) və 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə ittiham elan edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!