Azərbaycanda orta aylıq əməkhaqqı artıb
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin eyni dövrünə nisbətən 14,6 % artaraq 829,9 manat təşkil edib.
Musavat.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
2022-ci il dekabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 min nəfər və yaxud 1,6 % artaraq 1732,5 min nəfərə çatıb, onlardan 903,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 829,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,3 %-i təhsil, 18,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 %-i sənaye, 8,2 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 %-i tikinti, 6,5 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,6 %i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 %-i peşə, elmi və texniki fəaliyyət, 2 %-i maliyyə və sığorta fəaliyyəti, 14 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır