Azərbaycanda ölüm əmsalı göstəricisi yüksək olan rayonlar - SİYAHI

2010-2018-ci illərdə Azərbaycanda şəhər əhalisinin orta illik artımı zəifləyərək 8 000 nəfərdən 5 000-ə düşüb.
“Report” xəbər verir ki, bunu AMEA-nın Coğrafiya İnstitutunun coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov bildirib.
Onun sözlərinə görə, 2015-ci illə müqayisədə 2017-cı ildən təbii artımın (hər 1000 n. görə 10,2-7) və doğumun (16,5-13,6) nisbi əmsal göstəriciləri sürətlə aşağı enib: “Burada ən aşağı göstəricilər Göyçay, Zərdab, Bərdə və Neftçala şəhər məntəqələrinin payına düşür. Rəsmi qeydiyyata alınmamış nikahdan doğulanların sayı 20%-dən yüksək olub”.
Etibar Bədəlov qeyd edib ki, ölüm əmsalı göstəricisi artımla (6,3-6,6) müşayiət olunur və ölkə səviyyəsi ilə müqayisədə daha yüksəkdir: “Bu baxımdan Göyçay, Zərdab, Kürdəmir və Bərdə rayonlarının şəhər əhalisi mənfi mənada fərqlənir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Nə vaxtsa görüşəcəyik, ona deyəcək sözüm olacaq..."
Azərbaycanda sənaye əhəmiyyətli meşələr salınacaq
Qazax rayonunda top mərmisi aşkar olunub - FOTO
Leysan, dolu, şimşək – Hava dəyişir