Azərbaycanda Naxçıvan uçuşlarına tələbat artır: Biletləri vaxtında alın!
“Azərbaycan Hava Yolları” QSC (AZAL), Bakı–Naxçıvan–Bakı marşrutu üzrə artan sərnişin tələbatını nəzərə alaraq, avqust və sentyabr aylarında səyahət edənlərə biletlərini öncədən almağı tövsiyə edir.
Minval.info xəbər verir ki, yay tətilindən qayıdanlar, yeni tədris ilinin başlanması ilə əlaqədar tələbələr və ailələr, eləcə də işgüzar səfərlər səbəbindən Naxçıvana olan uçuşlara tələbat artıb. Bu səbəbdən bəzi reyslərdə yerlər sürətlə dolur. Səyahətlərin əvvəlcədən planlaşdırılması sərnişinlərə daha geniş seçim imkanı verir və səfərlərini daha rahat təşkil etməyə kömək edir.
Hazırda Bakı–Naxçıvan–Bakı marşrutu üzrə gündəlik 16 müntəzəm reys həyata keçirilir. AZAL sərnişin tələbatını daimi olaraq təhlil edir və ehtiyac yarandıqda əlavə reyslərin təyin olunmasını nəzərdən keçirir. Uçuş proqramı sərnişin tələbatı, regionun dağlıq relyefi və hava şəraiti kimi amillər nəzərə alınaraq formalaşdırılır. Biletləri AZAL-ın rəsmi veb saytı, mobil tətbiqi, satış məntəqələri və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib