Azərbaycanda ən gənc icra başçıları - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Neftçalaya və İsmayıllı rayonlarına yeni icra başçıları təyin olunub.
Oxu.Az-ın məlumatına görə, Prezident Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətininin başçısı təyin edib.
Digər sərəncamla Nahid Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı postuna gətirilib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Son illər Azərbaycanda yerli və mərkəzi icra hakimiyyəti orqanlarında daha gənc kadrlar önə çəkilir.
Mirhəsən Seyidov özü Azərbaycanda ən gənc icra başçısıdır. O, 1989-cu ildə anadan olub.
Nahid Bağırov isə 1979-cu il təvəllüddür.
Yasamal rayonun icra başçısı Elşad Həsənov 1976-cı ilin sentyabrın 27-də anadan olub.
Yevlaxın icra başçısı Anar Tağıyevin 39 yaşı var.
Şamaxının icra başçısı Tahir Məmmədov 1977-ci ildə doğulub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev isə 1980-ci il 2 apreldə doğulub.
Naftalanın icra başçısı Vüqar Novruzov 1980-ci ildə anadan olub.
Şabranın icra başçısı Asif Hüseynov 1981-ci ildə doğulub.
ƏLAQƏLİ
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Laçının icra başçısı Aqil Nəzərli də 1976-cı il təvəllüddür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda