Azərbaycanda mart ayı üzrə bütün sosial müavinət və təqaüdlər ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mart ayı üzrə bütün sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin ödənilməsi təmin edilib.
Nazirlikdən Minval.İnfo-ya verilən məlumata görə, hazırda 500 mindən artıq şəxsə müavinət və Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ödənilir. Onların hər birinin bu ay üzrə müavinət və təqaüdləri hesablarına köçürülüb.
Təcrübədə ilk dəfə olaraq mart ayı üzrə bütün sosial müavinət və təqaüdlərin pensiyalarla bərabər martın 19-dək maliyyələşdirilməsi işləri yerinə yetirilib.
Qeyd edək ki, hazırda əlilliyə, yaşa, ailə başçısını itirməyə görə aylıq sosial müavinət ödənilir. Həmçinin sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, müharibə veteranları, beşdən çox uşağı olan qadınlar, müddətli hərbi xidmət qulluqçularının uşaqları, ünvanlı dövlət sosial yardımı ilə təmin edilən aztəminatlı ailələrdəki bir yaşadək uşaqlar və qanunvericilikdə nəzərdə tutulan digər şəxslər aylıq sosial müavinət alırlar.
Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ilə təmin olunanların sırasına isə Azərbaycan Respublikasının Milli Qəhrəmanları və ya onların ailə üzvləri, şəhid ailələri, müharibə əlilləri və onlara bərabər tutulanlar, İkinci Dünya müharibəsi iştirakçıları, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar, ümumi səbəblərdən I qrup əlilliyi olanlar, Azərbaycan Respublikasının fəxri adlarını alanlar və qanunvericilikdə nəzərdə tutulan digər vətəndaşlar daxildir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əlilliyi olan şəxslərin NƏZƏRİNƏ - 15 iş günü ərzində...
Ucuz ev almaq istəyənlərin NƏZƏRİNƏ
3 və daha çox uşağı olan qadınlara ŞAD XƏBƏR
Göndərilən o SMS düz çıxdı - 500 manat verilir - FOTO
İşsizləri SEVİNDİRƏCƏK XƏBƏR- Dövlət maaş... - AÇIQLAMA