05.01.2023 - 14:55
Sosial
58 baxış
Azərbaycanda əmək pensiyasının minimum məbləği 280 manata çatdırılacaq
Prezident İlham Əliyevə əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflər təqdim ediləcək.
Minval.info xəbər verir ki, bu, dövlət başçısının imzaladığı əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında sərəncamda öz əksini tapıb.
Sərəncama əsasən, bununla bağlı Nazirlər Kabinetinə 10 gün vaxt verilib. Azərbaycan hökuməti həmçinin sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini prezidentə təqdim etməlidir.
Xatırladaq ki, hazırda Azərbaycanda əmək pensiyasının minimum məbləği 240 manatdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
19.10.2026 - 16:34
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
15.10.2026 - 01:46
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
10.10.2026 - 13:58
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
09.10.2026 - 10:28
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
07.10.2026 - 11:07
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
06.10.2026 - 16:20
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır
05.10.2026 - 18:31
Velosiped və skuterlərlə bağlı yeni təklif: tələbələrə güzəşt edilə bilər
05.10.2026 - 11:10