Azərbaycanda listinq qaydaları yenilənib

“Bakı Fond Birjası” QSC-nin (BFB) yenilədiyi “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanması, delistinqi və ticarətin təşkili” qaydalarının təqdimatı olub.
Minval.İnfo BFB-yə istinadən xəbər verir ki, təqdimatda Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının, investisiya şirkətlərinin, Milli Depozit Mərkəzinin, emitentlər və Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Yeni qaydalarda listinq prosesləri optimallaşdırılıb və bazar seqmentləri üzrə tələblər yerli bazarın xüsusiyyətlərinə uyğunlaşdırılıb, eləcə də qiymətli kağızların ticarətə buraxılması, listinqi və delistinqi və onların emitentlərinin birja qarşısındakı öhdəlikləri sadələşdirilib. Eyni zamanda yeni qaydalarda xarici emitent və Azərbaycanın üzv olduğu beynəlxalq qurumların Azərbaycan kapital bazarlarında qiymətli kağız buraxılışını tənzimləyəcək dəyişikliklər əlavə edilib.
Yeni qaydalar BFB-nin internet səhifəsində yerləşdirilib və martın 13-dən qüvvəyə minəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Saxara" salonunda SMM işçisi xadimə kimi çalışdırılır!
Neft qiymətləri həftəni ucuzlaşma ilə tamamladı
Turan Tovuz və Zirə qarşılaşması: Həyəcan zirvədə!
Vergi bəyannamələrini vaxtında təqdim etməyənlərə cərimə!
İsveçrədə 23 yaşlı gənc ayda 8 min qazanır
Manatın üzən məzənnəyə keçidi: Nələr gözlənilir?
Neft bazarında qiymətlər enişdə davam edir