Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı yeni meyarlar hazırlanır
“Azərbaycanda əlilliyin təyin edilməsi meyarları beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq”.
ONA-nın xəbərinə görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, mövcud I, II və III qruplar üzrə əlillik meyarları beynəlxalq təcrübəyə uyğun gəlmir: “Yeni meyarlar 1000-dən artıq xəstəliyi əhatə edir. Xəstəliyin 6-7 kriteriya üzrə təsir faizi müəyyən edilir, bunun əsasında isə xəstəliyin həyata təsir faizi ölçüləcək və əlillik dərəcəsi müəyyən olunacaq. Bu kriteriyalar Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin mütəxəssisləri tərəfindən hazırlanıb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən isə ekspertiza edilib”.
S. Babayev qeyd edib ki, yaxın günlərdə qanunvericilik paketi Milli Məclisə təqdim ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO