12.11.2021 - 13:38
Ölkə
14 baxış
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
Noyabrın 12-si Azərbaycan Respublikasının əsas qanununun – Konstitusiyanın qəbul edildiyi gündür.Minval.info xəbər verir ki, hazırkı Konstitusiya 26 il əvvəl – 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib.
Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi.
Azərbaycan dövlətinin ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.
Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.
1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
19.09.2026 - 14:22
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
19.09.2026 - 14:15
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
19.09.2026 - 13:33
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
19.09.2026 - 12:51
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
19.09.2026 - 12:37
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
19.09.2026 - 12:16
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!
19.09.2026 - 12:09
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı başladı
19.09.2026 - 11:48