Azərbaycanda kişi müəllimlərin azlığı: Səbəblər nədir?
Azərbaycanda məktəblərdə kişi müəllimlərin sayının azlığı uzun müddətdir diqqət çəkən məsələlərdən biridir. Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, ümumi təhsil müəssisələrində təxminən 19 min kişi müəllim çalışır ki, bu da pedaqoji heyətin yalnız 15 faizini təşkil edir. 2024-cü ilin statistikasına görə, ümumi təhsil müəssisələrində müəllimlərin 82,7 faizi qadın, 17,3 faizi isə kişidir.
Minval.info xəbər verir ki, ekspertlər və beynəlxalq araşdırmalar bu vəziyyətin bir neçə səbəblə bağlı olduğunu bildirirlər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) araşdırmalarında əməkhaqqının cəlbediciliyi, peşənin sosial statusu, karyera imkanları və gender stereotipləri əsas amillər arasında göstərilir. Kişilərin daha yüksək gəlirli sahələrə üstünlük verməsi də müəllimlikdə gender balansına təsir edən səbəblərdən biri hesab olunur.
Dünyada bu göstəricilər ciddi fərqlənir. Məsələn, Liberiyada kişi müəllimlərin payı 93,3 faizlə ən yüksək göstəricilərdən biridir. Əksinə, Ermənistanda kişi müəllimlərin payı 11,3 faiz təşkil edir. Türkiyədə isə orta təhsil müəllimlərinin təxminən 44 faizi kişi, İranda isə 50,7 faizi kişidir. OECD ölkələrində də qadın müəllimlər üstünlük təşkil edir. Təşkilatın məlumatına görə, aşağı orta təhsil pilləsində müəllimlərin orta hesabla 68 faizi qadındır. Yaponiyada bu göstərici 44 faiz olduğu halda, Latviyada 83 faizə çatır.
Azərbaycanda müəllimlik peşəsində qadınların payı bir sıra ölkələrlə müqayisədə kifayət qədər yüksəkdir. Mütəxəssislərin fikrincə, burada əsas məsələ qadın müəllimlərin çoxluğu deyil, müəllimlik peşəsinin kişilər üçün də daha cəlbedici hala gətirilməsi və gender balansının yaxşılaşdırılmasıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ChatGPT, Claude və Grokda qlobal nasazlıq!
Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Ayxan Mirzəzadə Avropa çempionu oldu!
Avqustda 27 gün normadan yüksək temperatur qeydə alındı
Hakimdən Kərimovlar ailəsinə 10 günlük ultimatum!
Bakıda mənzil seçimi: Tıxac probleminə süni intellekt həlli
Azərbaycanda hansı sahələrdə maaşlar 2000-dən çoxdur?