Azərbaycanda itkin düşən tələbə tapıldı
Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin itkin düşən III kurs tələbəsi Hüseynov İlkin Saleh oğlu tapılıb.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, o, özü sosial şəbəkədə paylaşım edib.
İ.Hüseynov paylaşımında artıq evdə olduğunu bildirib: “Keçən bu çətin 7 gün içində məni axtaran və bu mövzuda ailəmin yanında olan hər kəsə təşəkkür edirəm. Hər şeyin bundan da yaxşı olması diləyi ilə”.
Atasının bildirdiyinə oğlu bu müddət ərzində Bakıda olub: “İlkin işlədiyi restorandan əmək haqqısını aldıqdan sonra xərcləyib. Bundan başqa, tanışından da 200 manata yaxın pul götürüb və onu da xərcləyib. Borcunu qaytara bilməyəcəyini fikirləşib və utandığından evə gəlmək istəməyib. Bir neçə gün Bakıda gözdən uzaq yerlərdə gecələyib. Nəhayət evə dönməyə qərar verib. Hazırda evdədir. Şükür indi hər şey yaxşıdır və səhhəti də normaldır”.
Qeyd edək ki, İ.Hüseynov sonuncu dəfə mayın 11-də saat 15:40-da Bakıdan yaşadığı Şabrana gedərkən nənəsi ilə danışıb, Siyəzən rayon ərazisində yerləşən Xızırzində pirinin yaxınlığında olduğunu bildirib və 20 dəqiqəyə evə çatacağını qeyd edib. Ondan sonra İlkinin telefonuna bir daha zəng çatmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!