Azərbaycanda insanlar ən çox xərçəngin bu növlərindən əziyyət çəkir - RƏSMİ
Azərbaycanda xərçəng xəstələrinin sayı artıb.
Minval.info statistik göstəricilərə istinadən xəbər verir ki, 2016-cı ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan xəstələrin sayı 2010-cu ildə 7626, 2011-ci ildə 8672, 2012-ci ildə 8645, 2013-cü ildə 9064, 2014-cü ildə 9543, 2015-ci ildə isə 10183 nəfər olub.
2016-cı ildə isə 2015-ci illə müqayisədə artım qeydə alınıb (10807). 2017-ci ildə bu rəqəm 11192-ə çatıb.
2015-ci ildə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 40653, 2016-cı ildə 43927, 2017-ci ildə isə 45756 nəfər olub.
Azərbaycanda insanlar daha çox qida borusunun, mədənin, traxeya, bronx, ağciyərin, düz bağırsağın, siqmaya bənzər hissənin, anusun və süd vəzisinin xərçəngindən əziyyət çəkirlər.
Bu siyahıda birinci yerdə isə süd vəzisinin xərçəngi gəlir (2015-ci ildə 1693, 2016-cı ildə 1770, 2017-ci ildə isə 1967 nəfər).
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vergilər Nazirliyinin yeni strukturu təsdiqlənib
Mehriban Əliyeva koronavirusla bağlı xalqa müraciət etdi
Bakı Şəhər İcra Hakimiyyəti Böyük Britaniya şirkəti ilə müqavilə bağlayıb
Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib
Zakir Qaralovdan yeni təyinat
Azərbaycanda iyunun 10-dan məscidlər açılır