Azərbaycanda insaların ölüm SƏBƏBİ – Ötən ilin statistikası…
Azərbaycanda stomatoloji xidmət haqqında qanun layihəsinin hazırlanmasına ehtiyac var. Çünki ölkədə stomatoloji kabinetlərin də sayı artır. Belə bir qanun yazılması vacibdir.
Minval.info Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı Səhiyyə komitəsinin bugünkü iclasında çıxış edib.
Onun sözlərinə görə, bu qanun layihəsi MM-in digər komitələrində də təbliğ edilməlidir: “Çünki reproduktiv sağlamlıq ailənin qorunması, gənc nəslin yetişməsi deməkdir. Çox təəssüf ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi dedikdə onun hansısa bəndini tutaraq, bu layihəyə kölgə salırlar”.
Komitənin üzvü İlham Məmmədov isə qeyd edib ki, şəkər xəstələri üçün dərman bazarının mühüm strateji sahə kimi qiymətləndirilməsi lazımdır.
MM üzvü Rəşad Mahmudov qeyd edib ki, 2017-ci ildə Azərbaycanda əhali arasında ölümün ən əsas səbəbi ürək-damar sistemi xəstəlikləri olub: “Həmin göstərici 57,8 faiz olub ki, bu da çox yüksək rəqəmdir. Bu sahədə dinləmələr keçirməyə böyük ehtiyac var”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib