Azərbaycanda ilk pullu yolun hansı olacağı açıqlandı - RƏSMİ
“İlkin olaraq Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun ödənişli olması nəzərdə tutulub. Hazırda bununla bağlı müzakirələr aparılır”.
Minval.info xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Modern.az-ın sorğusuna cavab olaraq bildirib.
A.Nəcəfli qeyd edib ki, yolun inşası başa çatdırıldıqdan sonra detallar bəlli olacaq:
“Yolun inşasının 2020-ci ilin sonuna yekunlaşdırılması nəzərdə tutulub. Bundan sonra yolun ödənişli olması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq”.
AAYDA rəsmisi qeyd edib ki, hələlik digər yolların ödənişli olması müzakirə olunmur:
“Bundan əvvəl Bakı-Ələt-Astara-İran sərhədi avtomobil yolunun da ödənişli olması məsələsi vardı. Amma hazırda həmin yolun pullu olması gündəmdə deyil”.
A.Nəcəflinin sözlərinə görə, Əgər Bakı-Quba-Rusiya sərhədi yolunun ödənişli olması reallaşarsa, bunun digər yollarda da tətbiqi mümkün olacaq:
“Ödənişli yol istifadəyə verilən zaman mütləq alternativ yol olmalıdır və asfalt örtüyü keyfiyyət baxımından ondan geri qalmamalıdır. Bu, vətəndaşa seçim imkanı verir ki, ödənişli yolla getsin, yoxsa ödənişsiz”.
Tariflərə gəldikdə, mətbuat katibi bunun Tarif Şurası tərəfindən gələcəkdə müəyyənləşəcəyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Bakı-Ələt-Astara-İran sərhədi avtomobil yolunun ödənişli olacağı açıqlanmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır