Azərbaycanda ikinci dəfə ailə quranların sayı artıb
Azərbaycanda ikinci dəfə nikaha girən şəxslərin sayı artıb.Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
Komitə rəsmisinin sözlərinə görə, ölkəmizdə ikinci dəfə ailə qurbanlara qarşı münasibət əvvəl kimi deyil: “5-10 il əvvəl qadının ikinci dəfə ərə getməsinə pis baxılırdı. Xüsusilə uşaq olmayanda kişilər və qadınlar ikinci dəfə ailə qurmağa çalışırlar ki, nəsil artımı olsun”.
E.Səfərov vurğulayıb ki, boşanan gənclərin ikinci dəfə nikaha girməsi halı 5-10 il əvvəlki göstəricidən qat-qat çoxdur: “Buna cəmiyyətdə yanaşma dəyişib. Əvvəlki kimi qınaq yoxdur. İkinci dəfə ailə quranlar əsasən 35 yaşa qədər olan şəxslərdir. 50 yaşdan yuxarı ikinci dəfə ailə quranların sayı nisbətən azdır. Lakin biz tərəfdarıyıq ki, tənha insanların sayı azalsın. Bunun üçün stimullaşdırıcı addımların atılmasını həyata keçiririk. Ailə strategiyasında stimullaşdırıcı addımlar nəzərdə tutulub”. azvision.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib