Azərbaycanda hotellərdə yoxlamalar BAŞLADI
Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən bu qaydaların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə avqustun 24-dən etibarən ölkə üzrə monitorinqlərə start verilib.
Bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.
Məlumata görə, monitorinqlərdə qurumun nümayəndələri ilə yanaşı, aidiyyəti dövlət qurumlarının və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları da iştirak edirlər.
Bu məqsədlə artıq Bakıda və regionlarda yerləşən mehmanxanalarda hər bir hotel üzrə məsul şəxs təyin edilib və həmin şəxslərə əvvəlcədən təlimlər keçirilib.
COVID-19-la mübarizə çərçivəsində işçilərinin və qonaqların sağlamlığının qorunması məqsədilə hotellərdə monitorinq aparan şəxslər üçün də xüsusi təlimlər təşkil olunub.
Bununla yanaşı, işçi heyətin və qonaqların təhlükəsizlik məqsədilə tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsində yardımçı olmaq üçün Turizm Könüllüləri Təşkilatının üzvləri monitorinq prosesinə cəlb olunub. Turizm könüllüləri, həmçinin hotellərdə qonaqları riayət etməli olduqları davranış qaydaları, profilaktik və preventiv tədbirlər haqqında məlumatlandıracaqlar. Bu məqsədlə turizm könüllüləri üçün də təlimlər təşkil edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
DİN Bakıda tələbənin intiharı ilə bağlı məlumat yayıb
Ramin Quluzadə vəzifəsindən azad edildi
FHN-dən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT
Azərbaycan Rusiyaya nota verdi
DİN Saatlıda baş verən güllələnmə ilə bağlı məlumat yayıb
Bakıda “Pablo Eskobar” ləqəbli narkobaron tutulub