Azərbaycanda havanın temperaturu 10 dərəcə aşağı enəcək, qar yağacaq - XƏBƏRDARLIQ
“Yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, havanın kəskin dəyişməsinə səbəb ölkə ərazisinə Aralıq tsiklonunun yaxınlaşmasıdır: “Yanvarın 17-dən ilk olaraq Naxçıvan Muxtar Respublikasından, Dağlıq Qarabağ, Qazax, Gəncə bölgəsində bu proses özünü göstərəcək. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33 m/s, arabir 35-38 m/s-ə çatacağı ehtimal olunur”.
U.Tağıyeva əlavə edib ki, ötən günlə müqayisədə havanın temperaturu kəskin 10 dərəcə aşağı enəcək: “Respublikanın rayonlarında yağıntıların olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Yanvarın 17-dən 18-ə keçən gecə rayonlarda yolların buz bağlama ehtimalı var. Eyni zamanda, yanvarın 17-də Bakıda və Abşeron yarımadasında yağıntının sulu qara, qara keçəcəyi gözlənilir və havanın temperaturu 0-2 dərəcə isti olacaq”.
O əlavə edib ki, dənizdə dalğanın hündürlüyü 6-8 metrə qədər qalxacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!