Azərbaycanda hansı sahələrdə maaşlar 2000-dən çoxdur?
Azərbaycanda rəsmi əmək müqaviləsi ilə çalışan hər 11 nəfərdən biri 2000 manatdan artıq maaş alır. Ölkədə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayı 1 milyon 811 min nəfərdir və onların 8,7%-i, yəni 157 min nəfəri 2000 manatdan çox maaş alır.
Minval.info xəbər verir ki, yüksək maaşlı işçilərin ən çox olduğu sahə mədənçıxarma sənayesidir. Bu sahədə çalışanların təqribən yarısı, yəni 47,5%-i 2000 manatdan artıq maaş alır. Bank və sığorta sektorunda isə bu göstərici 39%-dir.
Dövlət idarəetməsi, müdafiə və sosial təminat sahələrində çalışanların 27,2%-i, informasiya və rabitə sahəsində isə 20%-i 2000 manatdan artıq maaş alır. Peşə, elmi və texniki fəaliyyət sahələrində bu rəqəm 18%, nəqliyyat və anbar təsərrüfatında isə 16-17% təşkil edir.
Kənd təsərrüfatı sahəsində 2000 manat maaş alan işçilərin sayı ən azdır. Burada çalışanların yalnız 1,9%-i bu məbləği alır. Təhsil sahəsində isə bu göstərici 2,3%-dir. Turizm və əyləncə sahələrində isə 2000 manatdan artıq maaş alanların sayı 2,7-2,8%-dir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Apteklərdə yoxlama: 19 nöqsan aşkarlandı!
ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlandı
Bakının 111 küçəsində təmir işləri sürətlənir
Şuşada qaya daşlarına yazı yazan turistlər cəzalandırılacaq
Formula 1 zamanı məktəblər onlayn rejimə keçir
Paşinyan: Ermənistandan Azərbaycana ilk ixrac baş tutdu
Özəl bağçalar dövlət dəstəyi ilə seçildi!