Azərbaycan efirində maraqlı hadisə - Verilişin saxta olduğunu sübut etmək üçün mərcə girdi, iş polisdə bitdi - VİDEO
Ötən gün Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişində maraqlı anlar yaşanıb.
Minval.İnfo xəbər verir ki, gənc qız yaxın dostu ilə mərcə girərək, verilişin saxta olduğunu sübut etmək qərarına gəliblər. Nəticədə iş polis şöbəsində bitib.
Belə ki, sentyabrdan itkin düşən Çinarənin yeri barədə verilişə yalandan məlumat verən qızın iç üzü açılıb. O, ötən ay verilişə gəlib, qadının onun evində iki gecə qaldığını bildirərək, hər kəsi çaş-baş salıb. Məsələyə polisin qarışmasından sonra gənc qız əslində dostu ilə mərcə girdiyini və bu verilişin saxta olduğunu sübut etmək istədiyini bildirib. Lakin ekspertlər onun yenə yalan danışdığını və cinayəti gizlətmək məqsədi ilə bunu etdiyini bildiriblər.
Qeyd edək ki, Çinarə Sentyabr ayında Lənkəranda, qayınanasının evində döyüldükdən sonra yoxa çıxıb. Onun qayınanası tərəfindən öldürüldüyü iddia olunur.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu
