Azərbaycanda dərmanlarla bağlı — Yeni qadağa
Bununla bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilir.
Qanunun hazırda qüvvədə olan 13-cü (Əhaliyə dərman vasitələrinin buraxılması) maddəsinə əsasən, əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır. Aptek təşkilatlarında “Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı”na daxil edilmiş dərman vasitələrinin olması məcburidir. Optik ləvazimatlar, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, aptek təşkilatlarında digər malların satılması qadağandır. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılması qadağandır. Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddəyə yeni – 13.3-1 bənd əlavə edilir. Bəndə əsasən, 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.
Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. Report.Az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ramil Usubovun rəis oğlu Azeriqazı məhkəmədə uddu
Avtomobil almaq istəyənlərə şad xəbər: Qiymətlər ucuzlaşacaq - VİDEO
Azərbaycanda universitetə və 60 evə ziyan dəyib - Sərt havanın fəsadları
Ceyhun Bayramov əmr imzaladı - Vəzifəli şəxs işdən uzaqlaşdırıldı
Ramil Usubov yeni rəis təyin etdi
6 yaşlı Nəzrinin həyatı sizdən asılıdır... - FOTOLAR
