Azərbaycanda daha 3 nəfərin prezidentliyə namizədliyi qeydə alındı

Minval.İnfo-nun xəbərinə görə, namizədlərlə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib. O bildirib ki, həmin şəxslər imza namizədin qeydə alınması üçün zəruri seçki sənədlərini MSK-ya təqdim ediblər. Onların qeydə alınması üçün əsaslar var.
Hər 3 şəxsin prezidentliyə namizədliyinin qeydə alınması məsələsi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, prezidentliyə qeydə alınmış namizədlərin sayı 7-yə çatıb
Qeyd edək ki, MSK 15 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib. Onlardan yalnız namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb. MSK daha sonra Zahid Orucun, Qüdrət Həsənquliyevin, Araz Əlizadənin prezidentliyə namizədliyini qeydə alıb.
Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib