Azərbaycanda bu yerlər işıqsız qaldı - SƏBƏB

Ağdamın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Minval.İnfo “Report”a istinadən xəbər verir ki, qəzaya səbəb rayon ərazisindən keçən elektrik xətlərində baş verən qısaqapanma olub.
Qəza nəticəsində rayonun Mahrızlı, Zəngişalı, Qaradağlı, Rzalı kəndləri və bır sıra başqa yaşayış məntəqələri qaranlığa qərq olub.
“Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev faktı təsdiqləyib.
Onun sözlərinə görə, yaxın dəqiqələrdə elektrik enerjisinin verilişi bərpa ediləcək: “Artıq əməkdaşlarımız və texnikamız hadisə yerindədir. Qəza yerini tapıblar və təmir-bərpa işləri aparılır. Havanın dumanlı olmasına baxmayaraq, əməkdaşlarımız qəza yerində çalışır və 20-30 dəqiqə ərzində elektrik enerjisinin verilişi bərpa ediləcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!