Azərbaycanda bu avtomobillər ucuzlaşacaq - SƏBƏB
Gələn ildən Vergi Məcəlləsinə ediləcək dəyişikliklərdən biri də istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının növbəti 3 ildə Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsidir.
Minval.info xəbər verir ki, bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, dəyişikliklərə əsasən, yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı da ƏDV-dən azad ediləcək: “Eyni zamanda, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı da 3 il müddətinə sözügedən vergidən azad olunur. Gözlənilir ki, sözügedən dəyişikliklərdən sonra istehsal ili köhnə olmayan hibrid avtomobillərin qiymətində azalamlar olacaq. Belə ki, ƏDV-dən azad olma onların xərcinin orta hesabla 18 % azalmasına səbəb olacaq”.
Vüqar Bayramovun sözlərinə görə, hazırda Yaponiya istehsalı olan hibrid avtomobillərdən daha çox istifadə olunduğunu nəzərə alsaq, həmin maşınların qiymətlərində azalmaların olacağı qaçılmazdır: “Söhbət təbii ki, son 3 ildə istehsal olunan avtomobillərdən gedir. Digər tərəfdən, son dəyişikliklərin qəbul olunması hibrid avtomobillərə də tələbin artmasına gətirib çıxaracaq. Elektrik mühərrikli avtomobillərin də vergidən azad olunması da müsbət haldır. Bu ölkəmizdə həmin avtomobillərdən istifadəyə marağı artıra bilər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mobil telefonlar bahalaşacaq?
Yaxın həftələrdə çörək bahaşa bilər - Ekspertdən 3 çıxış yolu...
"Tiktoka gəldiyim ay 36 min dollar qazanmışam"
Yanğın söndü - Zavodda hər şey məhv oldu - FOTO
Qanunsuz ov edən ərəblərlə bağlı açıqlama
“Quran”ı yandıran deputat müsəlmanları təxribata sövq etdi – Video