Azərbaycanda bir saat işə verilən pul nə qədərdir?

Azərbaycanda son illərdə ÜDM-in davamlı artımı nəticəsində əmək məhsuldarlığı (1 adam/saat) üzrə göstərici yüksəlib və 2006-cı ildə cari qiymətlərlə 2,35 manatdan (2,6 ABŞ dollarından), 2017-ci ildə 7,59 manata (4,4 ABŞ dollarına) çatıb.
Minval.İnfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda öz əksini tapıb.
2006-2013-cü illər ərzində əmək məhsuldarlığı cari qiymətlərlə ABŞ dolları ifadəsində artıb, 2014-2016-cı illərdə azalıb, 2017-ci ildən yenidən artmağa başlayıb. İqtisadi fəaliyyət növləri arasında əmək məhsuldarlığı göstəricilərində ciddi fərqlər mövcuddur. Belə ki, 2016-cı ildə mədənçıxarma sənayesi üzrə əmək məhsuldarlığı göstəricisi cari qiymətlərlə 257,7 manat (161,4 ABŞ dolları) olduğu halda, kənd təsərrüfatı üzrə bu göstərici 1,03 manata (0,6 ABŞ dolları), emal sənayesi üzrə 6,3 manata (3,9 ABŞ dolları), tikinti sahəsi üzrə isə 9,4 manata (5,8 ABŞ dollarına) bərabər olub.
Kənd təsərrüfatında əmək məhsuldarlığı səviyyəsinin aşağı olması bu sahədə intensiv üsullardan, innovasiya və məsləhət xidmətlərindən zəif istifadə edilməsi, eləcə də işçi qüvvəsinin əksəriyyətinin ixtisassız olması ilə əlaqələndirilir. Digər tərəfdən, qeyd olunan sahələrdə mütəmadi hesablamalar aparılması üçün əmək məhsuldarlığı üzrə uçot sisteminin təkmilləşdirilməsinə zərurət yaranır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bürclər -
Yeni Ələt-Astara yolundakı qəzaların səbəbi nədir? - Ekspert şərhi
Milli Məclisin sabahkı iclasının gündəliyi dəyişdirilib
“Davam” Gənclər Hərəkatına baş katib təyin olundu
Ramil Usubovdan yeni rəis təyinatı
“Kontakt Home”da böyük fırıldaq - Oxuyun ki, aldanmayasınız
Polis gücləndirilmiş iş rejiminə keçir