Azərbaycanda bakirəliyin bərpası qadağandır - Rəsmi açıqlama
Son zamanlar bakirəliyi pozulan bəzi xanımlar “bakirəliyi bərpa” etmək üçün həkimə üz tuturlar. Bəs buna rəsmi olaraq icazə verilirmi? Qanunvericilikdə bu yolveriləndirmi?
Hətta sosial şəbəkələrdə mama-ginekoloq Ramilə Abbaszadə adlı həkim “bakirəliyin bərpası üçün edilən endirim və 100 faizli təminatla bağlı reklam da yerləşdirib. Bu da cəmiyyətdə birmənalı qarşılanmayıb.
Sualımızı Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədovaya ünvanladıq.
Minval.İnfo unikal.org-a istinadən xəbər verir ki, baş mama-ginekoloq bakirəliyin bərpasının qanunsuz olduğunu bildirib:
“Rəsmi olaraq bakirəliyin bərpası qanunvericilik tərfindən qadağan edilir. Onu edən həkimlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bu cinayətdir, qanunvericiliyə ziddir”.
S.Məmmədova bu yaxınlarda cərrah, mama-ginekoloq Ramilə Abbaszadə adlı həkimin “bakirəliyin bərpası üçün edilən endirim və 100 faizli təminatla bağlı reklama da münasibət bildirib:
“Hesab edirəm ki, onunla hüquq mühavizə orqanları məşğul olmalıdır. Elə, bu tipli reklamlar yolverilməzdir və qeyri-qanunidir. Onun reklamını ictimailəşdirənlər də ciddi nəzarətdən keçməlidirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 3 vəkilin fəaliyyəti dayandırılıb, 1-nə töhmət verilib
Nazir polis polkovnikinin oğlunu işdən çıxartdı - FOTO
1360 maşın postlardan geri qaytarılıb
Oqtay Əsədov baş katiblə görüşdə ATƏT-i tənqid etdi
Fəhlənin sexdə ölməsinə görə 3 nəfər həbs edildi