Azərbaycanda azarkeşlər və jurnalistlər üçün məhdudiyyətlər götürülüb
Azərbaycanda futbol oyunları zamanı stadionlarda azarkeş tutumunun 100% olmasına icazə verilib.
“Report”un Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən məlumatına görə, azarkeş limiti ilə bağlı dəyişiklik sabahdan qüvvəyə minəcək.
Ümumi məsləhətləşmələrdən sonra 30 mart və 1 apreldə keçiriləcək I Divizionun XIX, 2-3 apreldə isə Premyer Liqanın XXI turunun oyunlarına stadionların tutumu qədər tamaşaçı buraxılacaq.
Eyni zamanda, jurnalistlərin fəaliyyətinin yaxşılaşdırılması ilə əlaqədar miks-zonaların təşkili bərpa olunacaq. Miks-zona qapalı məkanda olarsa, qoruyucu maskalardan istifadə edilməlidir.
Qeyd edək ki, PFL ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarları nəzərə alıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Toyda musiqi mübahisəsinin sonu güllələnməylə bitdi - Azərbaycanda - VİDEO
AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb - RƏSMİ
"Gətirdiyi şalvar heç bir ayağıma girmədi" - Hədiyyəsinə lağ etdi
Deputatın milyonluq "oyunu": "Pulumu yeyiblər"
Şeyxin ölkədən qaçan arvadının sevgilisinin kimliyi üzə çıxdı – Foto
“Ölkəmizin adını dəyişib Şimali Azərbaycan etməliyik”