Azərbaycanda avtomobillər BAHALAŞDI
Azərbaycanda il başlayandan bu günə qədər avtomobillərin qiyməti 2-5 faiz qiymət artıb.
“Minval.info” Trend-ə istinadən xəbər verir ki, bu barədə nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.
ƏLAQƏLİ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Onun sözlərinə görə, ötən ay həm yeni, həm də köhnə avtomobillərin satışı artıb:
“Hər il yaya doğru avtomobillərə tələbat artır. Bu səbəbdən avtomobillərin qiyməti qalxır. Vətəndaşlar əvvəlki illərlə müqayisədə yeni avtomobil almağa üstünlük verirlər”.
Ekspert bildirib ki, yeni avtomobil bazarında aktivlik təkrar avtomobil bazarından daha çoxdur.
“Ötən ay birinci əl avtomobil bazarında alıcılar “krossover” və mini “krossover”lərə üstünlük verib. Təkrar avtomobil bazarında isə əsas tələb mühərrik həcmi 1 500 kubsantimetrdən 2 500 kubsantimetrə qədər olan “sedan” və “heçbek”lərə olub. Yeni avtomobil bazarında isə əsas üstünlük hibrid avtomobillərə verilib. Bunlar mühərrik həcmi 2 500 kubsantimetr olan “krossover”lərdir.
E.Cəfərovun sözlərinə görə, bu ayın sonunda bazarda qiymətlərin bir qədər artacağı gözlənilir:
“Hər rübün sonunda avtomobil istehsalçıları tərəfindən yeni avtomobillərin qiyməti 2-5 faiz artırılır. Məsələn, yanvar-mart ayları ərzində qiymətlərdə 2-5 faiz civarında artım var idisə, ikinci rübün sonuna doğru da qiymətlərin bu həddə yüksələcəyi gözlənilir. Bu, bizim daxili bazarla deyil, istehsalçı şirkətlərlə əlaqədardır. Qiymət artımının əsas səbəbi avtomobillərin ehtiyat hissələrinin və logistika qiymətlərinin artmasıdır. Ümumi götürsək, yay ayında avtomobillərin qiymətinin artması gözlənilmir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə
Hindistanda bank soyğunçusu bibər tozuyla yaxalandı