Azərbaycanda avtomobillər BAHALAŞDI YENİ QİYMƏTLƏR

Bu ilin iyulunda Azərbaycanda minik avtomobilləri illik müqayisədə 2,4 faiz bahalaşıb. Ötən ilin iyulunda minik avtomobillərinin qiyməti 0,6 faiz azalmışdı.
Minval.info bildirir ki, 2021-ci ilin iyulunda satışa çıxarılan avtomobillərin orta qiyməti 35 681 manat olub. Ötən ilin iyulunda orta qiymət 34 861 manat idi. Bir il ərzində minik avtomobilləri 820 manat bahalaşıb.
Avtomobillərlə bərabər ehtiyat hissələrinin də qiyməti artıb. Bu ilin iyulunda ehtiyat hissələrinin orta qiyməti 2,9 faiz yüksəlib. Minik avtomobili üçün ehtiyat hissələri və avadanlıqların orta qiyməti ötən ilin iyulunda 321 manat olduğu halda, bu ilin iyulunda 363 manata yüksəlib.
Bahalaşma avtomobillərin təmir xidmətlərində də müşahidə edilib. İyulda təmir xidməti xərcləri 3,6 faiz artıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Saxara" salonunda SMM işçisi xadimə kimi çalışdırılır!
Neft qiymətləri həftəni ucuzlaşma ilə tamamladı
Turan Tovuz və Zirə qarşılaşması: Həyəcan zirvədə!
Vergi bəyannamələrini vaxtında təqdim etməyənlərə cərimə!
İsveçrədə 23 yaşlı gənc ayda 8 min qazanır
Manatın üzən məzənnəyə keçidi: Nələr gözlənilir?
Neft bazarında qiymətlər enişdə davam edir