Azərbaycanda avtomobil yandı, yolda tıxac yarandı — FOTO

Zaqatala rayonunda avtomobil yanıb, yolda qısamüddətli tıxac yaranıb.
Minval.İnfo “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.
Mahir İsmayıl oğlu Muradovun idarə etdiyi “Mercedes” markalı 90 UP 119 dövlət qeydiyyatı nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən mühərrikində yanğın baş verib. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Avtomobilin tam yanmasının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə ilə bağlı magistral yolda qısamüddətli tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!