Azərbaycanda ana doğuşdan sonra ölüb
Minval.info // Şəmkirdə ana doğuşdan sonra dünyasını dəyişib.
ONA-nın məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbə xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayonun Qaraçəmirli kənd sakini, 1983-cü il təvəllüdlü Nuridə Nəsib qızı İbrahimova martn 11-də saat 18:00-da doğuş üçün xəstəxanaya müraciət edib. Uşaq dünyaya gələndən bir saat sonra ananın səhhəti qəfildən pisləşib və o dünyasını dəyişib.
Məlumatla əlaqədar Şəmkir rayon Prokurorluğu və rayon Polis şöbəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Hadisə şahidlərinin ilkin izahatları alınıb və müvafiq ekspertiza təyin edilib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda "BMW" piyadanı vurub – Ürəyi zəif olanlar baxmasın! (VİDEO)
Bakının məşhur hamamında yanğın - Ölən var
Bakıda polis quldurluq edən dəstə üzvlərini tutdu
Bakıda maşın reklam lövhəsinə çırpılaraq yanıb, ölən və yaralanan var
Bakıda ata və oğul polisə kəllə atıb, qolunu dişlədilər
Bakıda gecə çəkilən müəmmalı görüntü – VİDEO