Azərbaycanda aktrisanın teatr direktoruna qarşı iddiası təmin edilib
Nəsimi Rayon Məhkəməsində İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Şəbnəm Cəbrayılovanın həmin teatrın direktoru İftixar Piriyevə qarşı iddiası əsasında məhkəmə iclası başa çatıb.
Bu barədə “Report”a Ş.Cəbrayılovanın vəkili Gülşən Salmanova bildirib.
Onun sözlərinə görə, hakim Rəşid Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Ş.Cəbrayılovanın iddiası təmin edilib. O, yenidən işə bərpa olunub. Həmçinin iddianın maddi zərərlə (madi zərər hesablanacaq) bağlı hissəsi də təmin edilib.
Qeyd edək ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Ş.Cəbrayılova həmin teatrın direktoru İ.Piriyevi məhkəməyə verib.
Belə ki, bu il avqust ayında Ş.Cəbrayılova hamilə olan zaman İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İ.Piriyev onu işdən azad edib.
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
İddiaya görə, İ.Piriyev Ş.Cəbrayılovanı hamilə olan zaman, ona əvvəlcədən məlumat vermədən işdən çıxarıb. Daha sonra teatrdan ona işdən çıxarıldığı deyiləndə Ş.Cəbrayılovanın halı pisləşib və uşağı tələf olub.
Ş.Cəbrayılova məhkəməyə müraciətində yenidən işə bərpa olunmasını, İ.Piriyevdən ona dəyən maddi və mənəvi zərərə görə 50 min manat təzminat tələb edir.
Xatırladaq ki, Ş.Cəbrayılova 2014-cü ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. İ.Piriyev isə 2000-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrında direktor vəzifəsində çalışır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər