Azərbaycanda 7 ayda 83 uşaq övladlığa verildi
Azərbaycanda 2026-cı ilin ilk yeddi ayı ərzində 83 uşaq övladlığa götürülüb. Bu uşaqların 41-i qız, 42-si isə oğlandır.
Minval.info xəbər verir ki, Sosial Xidmətlər Agentliyindən verilən məlumata görə, ölkəmizdə valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsi, onların hüquqlarının qorunması və sosial rifahının artırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. İnstitusional qayğıdan ailəəsaslı qayğıya keçidin təşviqi, uşaqların fərdi ehtiyaclarının nəzərə alınması və davamlı sosial dəstək mexanizmlərinin tətbiqi prioritet istiqamətlərdəndir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemi vasitəsilə müvafiq kateqoriyadan olan uşaqların müəssisələrə yerləşdirilməsi, onların övladlığa və himayədar ailələrə verilməsi istiqamətində işlər davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib