Azərbaycanda 6 şəhərin Baş Planı hazırlanacaq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycanın kiçik və orta şəhərlərinin baş planlarının hazırlanması üzərində işləyir.
Minval.İnfo xəbər verir ki, bunu Trend-ə Komitənin sədr müavini Dövlətxan Dövlətxanov deyib.
D.Dövlətxanovun sözlərinə görə, həmin şəhərlərin sovet vaxtı hazırlanmış baş planları 90 faiz yenilənib və bu proses 2019-cu ildə başa çatacaq:
“Biz hazırda yerli təşkilatlarla müqavilələr imzalamışıq. Onlar respublikanın 6 şəhəri üzrə sənədlərin hazırlanmasına başlayıb. Bu şəhərlər Saatlı, Sabirabad, Kürdəmir, Daşkəsən, Şabran və Tərtərdir”.
Sədr müavini qeyd edib ki, hazırki sosial-iqtisadi vəziyyətdə dövlət ölkənin kiçik və orta şəhərlərində obyektlərin tikintisini qismən maliyyələşdirir:
“Dövlət investisiyaları sosial-mədəni sahəyə, tibb, təhsil, mədəniyyət və idman obyektlərinin tikintisinə yönəldir. Mənzil və digər obyektlərin tikintisinə özəl sektor investisiya qoyur. Bununla da dövlət özəl sektorun inkişafı üçün imkanlar yaradır”.
D.Dövlətxanov onu da əlavə edib ki, kiçik və orta şəhərlərin dinamik inkişafı da Bakı və digər iri şəhərlərin inkişafı kimi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!