Azərbaycanda 4 aylıq uşaq koronavirusa yoluxdu - VİDEO

Son günlər uşaqlar arasında koronavirusa yoluxmalar müşahidə olunur. Yoluxanların ən kiçiyi 4 aylıqdır , ən böyüyünün isə 16 yaşı var. Uşaqlarda koronavirus müxtəlif simptomlarla görülə bilər. Bəzilərində klinik əlamətlər olmasa da, bəzilərində kəskin yuxarı tənəffüs yollarının infeksiyası simptomları ola bilər. Pediatr valideynlərə xəbərdarlıq edib.
Minval.info xezerxeber.az-a istinadən xəbər verir ki, Uşaqlar arasında da koronavirusa yoluxanlar var. Ən kiçiyi 4 aylıq , ən böyüyünün isə 16 yaşı var.
Pediatr Gülnarə Salahova deyir ki, son zamanlar uşaqlarda koronavirusun mənfi təsirləndikləri müşahidə olunur.Müayinədən sonra məlum olur ki, uşaqların test nəticəsi pozitivdir. Azyaşlılarda koronavirus müxtəlif simptomlarla görülə bilər.
Pediatr bildirib ki, aşağı yaş kateqoriyasından olan uşaqlarda yoluxma daha çox valideynlərdən keçir. Yalnız valideynlərin erkən müraciəti əsasında bu virusun qarşısını almaq mümkündür.
Valideynlər özlərini peyvənd olunaraq , uşaqlarını isə sanitar-gigiyenik qaydalara riayət etməklə qoruya bilərlər deyə pediatr vurğulayıb.
https://youtu.be/BqHcqHvO6O8
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Papa Azərbaycana gələcək
Sabahın HAVA PROQNOZU
Temperatur 3-5 dərəcə aşağı düşəcək - Xəbərdarlıq
Ötən gün 15 cinayətin üstü “isti izlər”lə açılıb
Azərbaycanda gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi
Havada toz dumanı müşahidə olunur
Xanım deputat anasını dəlixanaya saldırmaq istəyir - Biabırçı əmlak davası