Azərbaycanda 19 yaşlı ana doğuş zamanı ölüb - Xəstəxanadan açıqlama
Kürdəmir rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.
Rayonun 19 yaşlı Carlı kənd sakini Nuranə Sədrəddin qızı Novruzova bu gün saat 14:00 radələrində doğuş sancıları ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğuş şöbəsinə yerləşdirilib.
Saat 16:30-da isə doğuş baş tutub və ana 3,4 kq-lıq oğlan uşağı dünyaya gətirib. Doğuşdan təqribən 15-20 dəqiqə sonra anada boğulma halı baş verib. Həkimlər onu reanimasiya etmək istəsələr də, Nuranənin həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin hansı səbəbdən baş verməsi ekspertin rəyindən sonra aydın olacaq.
Kürdəmir RMX-nin baş həkimi Eynulla Novruzov “Report”a bildirib ki, Nuranə xəstəxanaya daxil olarkən səhhəti normal olub və doğuş normal həyata keçirilib.
Qeyd edək ki, yeni doğulan körpənin vəziyyəti normaldır. Son 26 ildə Kürdəmir RMX-da ana ölümü baş verməyib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!