Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir
2019-cu ildə Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədən 7,7 milyard manatlıq 423 milyon ədəd pul nişanını çıxarıb, əvəzində 9,7 milyard manatlıq 507 milyon ədəd pul nişanını dövriyyəyə buraxıb.
Minval.info “Report”a istinadla xəbər verir ki, ümumilikdə ötən il tədavüldə olan nağd pul kütləsi 24,4% (2 milyard manat və yaxud 83,7 milyon ədəd) artaraq hesabat dövrünün sonuna 10,4 milyard manat təşkil etmişdir. 2019-cu ilin sonuna AMB-nin nağd pul üzrə strateji ehtiyatları 19,6 milyard manat təşkil edib.
İqtisadiyyatın 2021-ci ilin sonunadək nağd pulun strukturuna olan tələbatını tam ödəmək məqsədilə 2019-cu ildə yenilənmiş dizayna və mühafizə sisteminə malik 10 manatlıq (400 milyon manat) və 1, 3 və 5 qəpiklik (1,7 milyon manat) istehsal olunaraq ölkəyə gətirilib, 1, 5 və 50 manatlıq pul nişanlarının (3 360 milyon manat) istehsalı prosesləri isə davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zəngəzur dəhlizi dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq
Azərbaycanda "kənd yumurta"sı 100 faiz bahalaşdı — RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Dünyada neftə tələbat artacaq
BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb
Valyuta ehtiyatları 7 milyard dolları keçib
Azərbaycan nefti bir qədər bahalaşıb